Qadını şikəst qoyan həkim: DTX kimdir ki? - FOTO + VİDEO

Sumqayıt şəhər Liman klinikasının həkimi Əfqan Ağagülov burnunda polip olduğu üçün tibbi sığorta ilə əməliyyat edilən xəstə Nuridə İsmayıl qızı Zülfüqarovanın gözünün alt sümüyünü qıraraq, onun gözündə ciddi problemin yaranmasına səbəb olub.
Avtosfer.az xəbər veriri ki, bu barədə Axar.az-a şikayətində zərərçəkənin qızı Ramilə Məmmədova deyib.
O bildirib ki, anası burnunda polip problemi ilə əlaqədar mayın 29-u klinikanın həkimi Əfqan Ağagülov tərəfindən əməliyyat edilib:
“Əməliyyatdan sonra anamın sol gözünün bağlı olduğunu görəndə həkimdən bunun səbəbini soruşduq. O isə bu proseduru anamın gözündə çəplik yaranmasının qarşısını almaq üçün həyata keçirdiyini bildirdi. Bir qədər gözləmək məcburiyyətində qaldıq. Sarğı açılanda isə dəhşətə gəldik. Anamın gözü çəpləşmişdi”.
Anasının həm də ikinci qrup əlili olduğunu deyən şikayətçi həkimin səbəb olduğu hadisəyə etinadsız yanaşdığını, onları təhqir etdiyini bildirib:
“Buna görə ona irad bildirdik. Bizi günahkar çıxardı, “Siz məndən soruşmusunuz ki, anamın gözünə nəsə ola bilər? Soruşsanız, deyərdim”, - dedi. Bundan sonra isə təhqir eləməyə başladı. Deyirik ki, DTX Hospitalına göndərmişik nəticəni, deyir, DTX kimdir? Əlimizdə faktlar, sübutlar var. Bizə maddi və mənəvi zərər vurub, həyatımızı qaraldıb”.
O, həkimin məsuliyyətsizliyinin qurbanı olan anasının vəziyyətinin daha da çətin olacağını bildirib:
“Həkim əməliyyat zamanı gözünün alt sümüyünü 4 millimetr qırdığı üçün anamın gözü çökəkliyə düşüb. Buna görə də adi çəpgözlük əməliyyatı alınmır. Əvvəlcə üz-çənə cərrahı gözünün altının sümüyünü əməliyyat etməli, 6 ay sonra da çəpgözlük əməliyyatına girməlidir. Hara, kimə deyiriksə, qəribə cavablar verirlər. “Liman” klinikasının direktoru deyir ki, biz ancaq töhmət yaza bilərik. Həkim isə anamın tibbi sığorta ilə əməliyyat edildiyini əsas gətirərək, “mənə pul vermişdiniz ki, xəstəni əməliyyat edim?” - deyə bizi ittiham edir”.


Bakı-Şamaxı yolunda yük maşını alovlara büründü - VİDEO
Qaçaraq özünü maşına çırpan piyada hadisə yerində öldü - ANBAAN VİDEO
Heydər Əliyev prospektində təhlükəli asfalt motosikletçiləri riskə atır - VİDEO
Bakının əsas şosesində motosiklet sürücüləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT: Hər an ölümcül qəza ola bilər - VİDEO
211 nömrəli avtobusda sürücü skuterə görə uşaqla ananı avtobusa buraxmadı - VİDEO - YENİLƏNİB
Tovuzda narkotik əməliyyatı - İki nəfər həbs edildi - FOTO
Bu yolda çuxurlar sürücüləri çətin vəziyyətə salır - VİDEO
Ekspedisiya gəmisində epidemiya aşkarlandı
Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı
Taksi sürücüsü geyimi çirkli olan sərnişini çəkiclə döydü - Cinayət işi açıldı - FOTO
Salyandakı qəzada ölənlərin FOTOLARI










