Qadınlara qarşı cinayət törədən 2745 nəfər məsuliyyətə cəlb olunub

2024-cü ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9014 müraciət qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.
Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
İllik məlumatda qeyd olunub ki, 2023-cü ildə bu rəqəm 9389, 2022-ci ildə isə 9864 olub. Bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir.
Hesabata əsasən, məişət zorakılığı ilə bağlı qeydə alınmış 1451 cinayətdən 1254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir.
Həmin cinayətləri törətmiş 1283 şəxs (qadın - 62; kişi 1221) şəxs məsuliyyətə cəlb olunub. Bu əməllər nəticəsində 1471 zərərçəkmiş şəxs (qadın 1228; kişi 243) müəyyən edilib. Bununla yanaşı 2 cinayət təkrar törədilib.
2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət qeydə alınıb (qadın - 29, kişi -16).
Sənəddə vurğulanıb ki, 2024-cü ildə qadını nikaha daxil olmağa məcbur etmə ilə bağlı cinayət qeydə alınmayıb.
Həmçinin, vurğulanıb ki, 2024-cü ildə qadınlarla bağlı 6778, ο cümlədən zorakılıqla müşayiət olunan 2427 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və məişət zəminli cinayətlərin sayı 1217, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 171 fakt olub.
2023-cü ildə isə qadınlarla bağlı 6825, o cümlədən zorakılıqla müşayiət olunan 2344 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminli cinayətlərin sayı 1210, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 147 fakt olub.
İllik məlumatda qeyd edilib ki, qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4468 şəxs müəyyən edilərək 61,4%-i (2745-i) məsuliyyətə cəlb olunub.
2024-cü ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 162 insan alveri cinayəti qeydə alınıb. Cinayətlərdən zərər çəkmiş 91 qurbandan 90-ı qadın olub.
Ötən il qadınların fahişəliyə cəlb olunması ilə bağlı qeydə alınmış 70 cinayət faktı üzrə 71 qadın zərərçəkmiş qismində tanınıb.
Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8678 cinayət faktı aşkarlanıb. Həmin cinayətləri törətmiş 7193 şəxsin 96,9%-ni (6.970-i) kişilər, 3,1%-ni (223-ü) qadınlar təşkil edib.
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO
Bir marketdən oğurlayıb başqasına satdı - Polis saxladı











