Qanunsuz balıq ovlayanlara cinayət işi açıldı - FOTO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu may ayının 1-dən etibarən ölkə ərazisindəki bütün su hövzələrində sentyabr ayının 1-dək qadağan edilir. Bu məqsədlə balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, Mingəçevir su anbarında, Yevlax rayonunun Xanabad kəndi istiqamətində, Kür çayının Samux rayonu ərazisində, Şəmkir rayonu ərazisində,Bakı-Abşeron ərazisində, Xəzər dənizinin Şabran, Siyəzən,Neftçala,Salyan, Lənkəran, Astara rayonları akvatoriyasında balıqçılarla balıqovlama mövsümünün qadağan olunması barədə maarifləndirici söhbətlər aparılmışdır.
Qeyd olunan ərazilərdə mütəmadi olaraq qanunsuz balıq ovuna qarşı reydlər keçirilmişdir. Aşkar edilən torlar və balıq ovlama qurğuları sudan çıxarılaraq zərərsizləşdirilmişdir.
Qeyd edək ki, may ayının 1- dən iyun ayının 11- dək keçirilən reydlər nəticəsində Mingəçevir su anbarında, Yevlax rayonunun Xanabad kəndi istiqamətində, Kür çayının Samux rayonu ərazisindən keçən hissəsinin sağ sahilində, Xəzər dənizinin Pirallahı, Salyan rayonlarında qanunsuz balıq ovu ilə məşğul olan 15 vətəndaş məsuliyyətə cəlb edilmiş, 15 fakt üzrə inzibati qaydada protokollar tərtib olunmuşdur. 1 fakt üzrə cinayət məsuliyyəti yaranması səbəbi ilə toplanmış materiallar aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilmişdir.
Qurum tərəfindən balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı nəzarət və ekoloji maarifləndirmə tədbirləri ardıcıl şəkildə davam etdirilir.
.png)
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












