Qaranlıq yolda piyada vuruldu - VİDEO

Ötən gün gecə saatlarında paytaxtın Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə prospektində eynisəviyyəli piyada keçidinin yaxınlığında iki minik avtomobili toqquşub.
Belə ki, maşınlardan biri yolu keçidlə keçən şəxsə yol verərkən arxadan gələn digər nəqliyyat vasitəsi ona çırpılıb. Öndəki avtomobil idarəetmədən çıxaraq piyadanı vurub. Xoşbəxtlikdən piyada yüngül xəsarətlərlə qurtula bilib.
Hadisə yerindən çəkilmiş görüntülərdən məlum olur ki, qəzanın baş verdiyi gecə saatlarında Gəncə prospektinin işıqlandırılması dayandırılıb. Sakinlər prospektdə işıqlandırmanın olduğunu, lakin sutkanın müəyyən saatlarında söndürüldüyünü bildiriblər.
Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılacaq və küçənin işıqlandırılması ilə bağlı məsələ nəzarətə götürüləcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












