Qatar stansiyadan küçəyə aşdı, əhali tamaşaya gəldi - FOTO

Azərbaycanda ekspertlərin vaxtaşırı tənqid etdiyi vərdişlərdən biri də aidiyyatı olmayan şəxslərin qəza yerinə yığışmasıdır. Bu pis vərdiş digərlərinin də xəsarət alma riskini artırmaqla yanaşı polis, təcili yardım və yanğınsöndürənlərin hadisə yerinə yaxınlaşmasını çətinləşdirir. Sən demə, bu hal təkcə bizdə deyil.
Avtosfer.az xəbər verir ki, 22 oktyabr 1895-ci ildə Parisdə maraqlı bir qəza baş verib. O zaman qatar Monparnas vağzalın ikinci mərtəbəsindən küçəyə düşmüşdü.
Qranvildən Parisin Monparnas vağzalına hərəkət edən parovoz üç yük vaqonu, bir poçt vaqonu və altı sərnişin vaqonunu dartırdı. Stansiyalardan birində 6 dəqiqə gecikən heyət itirilmiş vaxtı kompensasiya etmək üçün sürəti artırır. Lakin stansiyaya girərkən sürəti 40 km/saatdan çox olan qatarı pnevmatik tormoz sistemi saxlaya bilmədi. Lokomotiv gözləmə zalını keçdi və zalın sonundakı qoruyucu beton səddi və divarı aşıraraq Renn küçəsinə düşdü. Parovoz küçəyə düşsə də, tender (kömür vaqonu) və sonrakı vaqon havada asıllı qaldı. Hadisə nəticəsində küçədə tramvay gözləyən qadın həlak oldu. Qəzada iki sərnişin, yanğınsöndürən, iki mühafizəçi və küçədən keçən bir nəfər xəsarət aldı.
Təhqiqat zamanı heyət hava tormozunun işləmədiyini iddia etsə də, texniki ekspertiza əksini sübut etdi. Maşinist 50 frank, başqa bir işçi isə 25 frank cərimə ilə canlarını qurtardılar. Ölən qadının uşağına kompensasiya verildi.
Ən çətin iş 50 tonluq lokomotivin qəza yerindən götürülməsi idi. Bunun üçün ərazi 1 həftə hərəkətə bağlandı. Lakin vağzal fəaliyyətini dayandırmadı. Hadisə yerinə çox sayda polis cəlb edilərək giriş qadağan edilsə də, qəzaya baxmaq istəyənlər maraqlı yol tapdılar: onlar yaxın məsafələrə bilet alaraq vağzala daxil olub qəzaya uğramış qatara tamaşa edirdilər.
Hadisə həmin dövrdə dünya mediasında ciddi müzakirə edildi.
Vüqar
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
















