Qatar yoluna çıxan inəyə görə 800 nəfər öldü - FOTO

Heyvanların qatar yoluna çıxması ilə müşayiət olunan qəzaların nəticəsi çox vaxt ağır olur. Dəmir yolu icad olunandan indiyədək on minlərlə sərnişin bu situasiyadan əziyyət çəkib.
Avtosfer.az xəbər verir ki, belə bir qəza 6 iyun 1981-ci ildə Hindistanda baş verib. Bihar ştatında hərəkət edən qatar Baqmati çayı üzərindəki körpünü keçərkən qatarın 7 vaqonu aşaraq sel gələn çaya düşüb. Qəzadan sonra 5 gün ərzində çaydan 200 nəfərin cəsədi çıxarılır. Ölənlərin dəqiq sayını müəyyən etmək mümkün olmasa da, ortaq rəqəm 800 götürülür. Qatarda qəza anında 3 mindən çox sərnişin olub. Nəzərə alaq ki, vaqonların üstündə hərəkət etmək Hindistan dəmir yolları üçün normadır (hazırda vəziyyət yaxşılaşır).
Qəzanın səbəbləri çoxdur. Qatar körpü üzərində olarkən maşinist relslərin üzərində dayanan inəyi vurmamaq üçün kəskin tormoz verir. Yandan əsən güclü külək bu tormoz nəticəsində qatarın balansını pozur və 7 vaqon sel gələn çaya düşür.
Beləliklə, 3 amilin toplanması XX əsrin ən böyük dəmir yolu qəzalarından birinə səbəb oldu.
Vüqar
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













