Qaxda dağlıq ərazidə torpaq sürüşməsi baş verdi

Qaxda dağlıq ərazidə torpaq sürüşməsi olub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Ləkit kəndində, "Mamırlı" şəlalə ərazisində baş verib.
Belə ki, Ləkit kəndindən 800 metr aralıda, yerləşən dağdan gələn torpaq qatı Ləkit çayına tökülüb və şəlaləyə gedən yolu bağlayıb. Nəticədə çaya tökülən torpaq çayda balaca göl yaradıb. Bundan başqa hadisə nəticəsində Ləkit kəndinə gələn içməli su boruları da zədələnib.
Ərazi üzrə bələdiyyə sədrinin müavini Abdulla Kazımov bildirib ki, əvvəllər də həmin ərazidə torpaq sürüşmələri qeydə alınıb:
"Bu dəfə baş verən torpaq sürüşməsi daha iri həcmli idi. Əraziyə dərhal texnika cəlb olunaraq yol açıldı, çayda torpaq qatı təmizlənərək suyun maneəsiz hərəkəti təmin olundu. Zədələnmiş su xətləri isə bərpa olunaraq kəndin içməli su problemi də öz həllini tapdı.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












