Qaxda keçmiş məhkumdan 8 kq narkotik götürülüb - FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 44 yaşlı Fuad Qəhrəmanov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ondan 8 kiloqram marixuana, heroin və tiryək aşkar olunub. F.Qəhrəmanov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu “Fərrux” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılan şəxs narkotikləri Bakı şəhərinə apararaq orada deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində bir miqdar narkotik vasitə əldə edəcəkmiş.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Qəhrəmanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Həmçinin, şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 4 ov tüfəngini könüllü polisə təhvil verib, 1 ədəd “Kalaşnikov” markalı avtomat və patronlar isə rayon ərazisindən aşkar edilərək götürülüb.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












