Qayınana, qayınata və baldız birləşib gəlini döydü - YENİLƏNİB

11.04.2025-ci il tarixində saat 13:40 radələrində 2 nəfər (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib.
Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***14:53
Astara rayonunda ailədaxili münaqişə qayınana, qayınata və baldızın cərimə edilməsi ilə yekunlaşıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Ərçivan qəsəbə sakini olan S.Hasilova (şərti) yaşadığı evdə qayınanası, qayınatası və baldızı tərəfindən döyüldüyünü bildirib. Onun müraciəti polis tərəfindən araşdırılıb. Nəticədə S.Hasilovanın 69 yaşlı qayınatası, 66 yaşlı qayınanası və 42 yaşlı baldızı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və onlar saxlanılıblar.
Astara Rayon Məhkəməsində tərəflərin iştirakı ilə keçirilən prosesdə S.Hasilova hadisə baş verən gün evə gəldiyini və mətbəxdə baldızı ilə mübahisə etdiyini, bu zaman qayınanası ilə qayınatasının ona hücum edərək döydüklərini, təhqiramiz sözlər dediklərini və zorla otağına saldıqlarını bildirib.
Barələrində protokol tərtib edilmiş gəlinin ailə üzvləri onunla aralarında sözlü mübahisə olduğunu, S.Hasilovaya qarşı fiziki zorakılıq göstərmədiklərini deyiblər.
Məhkəmənin qərarı ilə qayınata və baldız ayrılıqda 50 manat, qayınana isə 100 manat cərimə edilərək sərbəst buraxılıblar.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












