Qayıqda 3 nəfərin ölmüş meyiti aşkarlanıb

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində qayıqda ikisi uşaq olmaqla ölmüş üç miqrant aşkar olunub. Avtosfer.az xəbər verir ki, onların 57 nəfərlə birlikdə həftənin əvvəlində Liviyanın Zaviya şəhərindən yola düşən 8 metrlik qayıqda aclıq və susuzluqdan öldüyü bildirilir. Qayıqdakı digər miqrantlar humanitar gəmi tərəfindən xilas edilib. Bir nəfər itkin düşüb.
Xilas olunanlar Lampeduza adasındakı düşərgəyə çatdırılıb. Miqrantlar Qambiya, Qana, Niger, Syerra-Leone, Nigeriya və Toqo vətəndaşlarıdır.
Bundan başqa, ötən gecə ərzində İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri tərəfindən xilas edilən daha 236 miqrant Lampeduza adasına gətirilib.
Qeyd edək ki, 2014-cü ildən bəri Aralıq dənizində Avropaya çatmağa çalışan təxminən 32 min, təkcə cari ilin əvvəlindən indiyədək isə 500-dək insan ölüb və ya itkin düşüb. Onların çoxu uşaq və yeniyetmələr olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












