Qazaxda evdə yanğın oldu - VİDEO

Qazax şəhərində fərdi yaşayış evində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə şəhərin Ələddin Qədirov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının həyətyanı sahədə baş verdiyi və genişlənərək evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış plastik su boruları yanıb, yüksək temperaturdan yaxınlıqdakı ümumi sahəsi 150 kv.m olan birmərtəbli dördotaqlı evin 1 otağının 2 ədəd plastik pəncərə çərçivəsi qismən deformasiya edib.
Ev yanğından mühafizə edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












