Qəbələdə üç il əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Prokurorluq və polis əməkdaşlarını birgə fəaliyyəti nəticəsində 2 il əvvəl ağır cinayət törətmiş şəxs ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Avtosfer.az-a daxil olan məlumatda qeyd edilib ki, Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun 25 dekabr 2021-ci il tarixdə qeyri-aşkar şəraitdə aldığı xəsarətlərdən ölməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılsa da, əməli törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Oğuz rayon prokurorluğunda cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmiş və rayon polis şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində yaşayan 1973-cü il təvəllüdlü Mübariz Sultanovun arvadına qarşı xoşagəlməz ifadələr işlətməsini eşidərək Bəxtiyar Salahovu cəzalandırmaq məqsədilə sonuncunu yaşadığı evə kimi izləməsi, həyətə daxil olduqdan sonra onun sərxoş vəziyyətdə olmasından istifadə edərək dəhrə ilə xəsarətlər yetirməsi, nəticədə Bəxtiyar Salahovun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Mübariz Sultanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib, toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Əvvəlki illərdən bağlı qalmış cinayət işləri daim diqqət mərkəzində saxlanılmaqla cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












