Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirildi

Abşeronda - Fatimeyi Zəhra məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan azyaşlı hazırda təhlükəsiz şəraitdə sığınacaqda yerləşdirilib və onun təhlükəsizliyinin, sağlamlığının qorunması istiqamətində bütün zəruri tədbirlər görülür.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, uşaq tibbi müayinələrdən keçirilib, sağlamlıq vəziyyəti nəzarətdə saxlanılır:
"Eyni zamanda ona psixososial dəstək göstərilir, yaşadığı hadisənin yaratdığı təsirlərin aradan qaldırılması və emosional vəziyyətinin stabilləşdirilməsi məqsədilə reabilitasiya prosesinə cəlb olunub.
Hazırda azyaşlının sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsi üçün aidiyyəti qurumlar tərəfindən lazımi sosial, psixoloji və tibbi dəstək tədbirləri davam etdirilir. Bütün məsələlərdə uşağın hüquq və mənafeyi əsas prioritet kimi nəzərə alınır".
Qeyd edək ki, uşağın anası rəsmi şəkildə övladından imtina edib.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












