Qətlə yetirilən aktyorun evindən oğurlanan pulla avtomobil alınıb?

Paytaxtda aktyor İosif Tkaç və onun həyat yoldaşı Lyudmila Tkaçı qətlə yetirməkdə təqsirləndirilən İslam Hadiyevin cinayət işinin məhkəmə istintaqı yekunlasıb.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən proses təqsirləndirilən şəxsin ifadələrindəki ziddiyyətlərə aydinlıq gətirməklə davam etdirilib.
İslam Hadıyev həm ibtidai istintaqda, həm də məhkəmə prosesindəki sərbəst ifadələri zamanı qətlə yetirilən aktyorun evindən oğurladığı 50 min manatı əvvəlcə özunə məxsus evdə gizlətdiyini, daha sonra isə həmin pulun valyuta olan hissəsini manata dəyişərək "Kia Sportage"markalı avtomobil aldığını desə də, sonra bu ifadəsini danıb.
Məhkəmədə sonuncu ifadəsi zamanı o, aktyor və onun həyat yoldaşıni tamah məqsədilə deyil, ona hücum etmələrinə görə qorxduğundan öldurdüyünü bildirib. Bunula yanaşı, onların evindən 50 min manatı oğurlaması faktıni da danib.
Prokurorun ona ünvanladığı suallara isə İslam Hadıyev qeyri-səmimi cavab verib.
Daha sonra məhkəmə istintaqı yekunlaşaraq sənədlərin tədqiqi mərhələsinə start verilib.

Məhkəmənin növbəti prosesi aprelin 10-da davam edəcək.
Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda baş verib.
1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Mixaylovna Tkaçı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən İosif Tkaç 1997-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində işləyib. Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb.
Cinayət hadisəsini törətməkdə şübhəli bilinən İslam Hadıyev aktyorun evində əvvəllər usta kimi çalışıb və bu müddət ərzində də yaşlı ər-arvadın etibarını qazanıb.
Aktyor evindən oğurlanan 50 min manata görə İslam Hadıyevi ittiham edib. Münaqişə də bundan sonra başlayıb. İosif Tkaç və arvadı Lyudmila Tkaç pulu qaytarmayacağı təqdirdə İ.Hadıyevdən polisə şikayət edəcəklərini bildiriblər.
İ.Hadıyev də son dəfə onların yaşadıqları mənzilə gələrək ər-arvadı öldürüb və daha sonra Salyan rayonuna qaçıb. Qaçdığı Salyanda da polis əməkdaşları tərəfindən saxlanılıb.
Onu da qeyd edək ki, aktyorla yanaşı, qətlə yetirilən həyat yoldaşı Lyudmila Tkaç respublikanın tanınmış pedaqoqu olub.
Təqsirləndirilən barədə Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












