Qətli törətməzdən əvvəl status paylaşıbmış - VİDEO

2023-cü il oktyabrında Cəlilabadda Mirxaqani Əhmədovu bıçaqlayaraq öldürən şəxslərə hökm oxunub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törədən 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı 10 il 6 ay, onun qohumu və dostu olan Rəşid 10 il 6 ay, hadisənin digər iştirakçısı Hüseyn isə 9 il həbs cəzası alıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, hadisə qisas zəminində baş verib. Belə ki, Mirxəqani Əhmədov bir neçə il əvvəl münaqişə zəminində Böyükxanın atası, rayonda “Məşədi Elçin” adı ilə tanınan şəxslə dalaşaraq ona xəsarət yetirib. Həmin vaxt yeniyetmə olan Böyükxan Mirxəqaniyə qisas hissi bəsləyib və onu öldürməyi planlaşdırıb.
Bu məqsədlə o, dostları ilə plan qurub. Həmçinin Böyükxan cinayəti törətməzdən əvvəl sosial şəbəkədə atasının qisasını alacağı ilə bağlı status paylaşıb.
“BAXA777” adlı açıq hesabında 19 oktyabrda bir hissəsini təqdim etdiyimiz təhdid dolu paylaşım edib: “Çox yaşa atam. Allah ömrünə ömür qatsın. Cəlilabadın əziyyətini dərəcəsində çəkən yeganə kişilərdənsən. Şərəfsizlər, qeyrətsizlər qədrini bilmədilər. Vaxt o vaxt olacaq ki, ayağına gələn həmin şəxsləri *** elətdirəcəyəm”.
O, oktyabrın 24-ü Bakıdan Cəlilabada gedib və dostlarının köməyi ilə Mirxəqaninin olduğu yeri izləyib. Böyükxan Mirxəqani Cəlilabad şəhərində aptekdən çıxarkən ona hücum edərək bıçaqla qətlə yetirib.
Hadisə ərazidəki kameraya düşüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












