Qeysəriyyə əməliyyatından sonra ölən qız 16 yaşında evlənibmiş

Bakıda Kürdəmir rayonunun Qaraqoçalı kənd sakini, 18 yaşlı Tahirə Hüseynova qeysəriyyə əməliyyatından sonra vəfat edib.
Avtosfer.az den.az-a istinadən xəbər verir ki, T. Hüseynova 2024-cü ilin 6 iyun tarixində, 16 yaşında ailə qurub.
Bu ilin aprelin 18-də hamiləliyinin 38-39-cu həftəsində Sumqayıt şəhərinə qohumlarının evinə qonaq gedib və orada yerləşən 5 saylı Ailə Sağlamlıq Mərkəzinə müraciət edib.
Aprelin 26-da gecə saat 01:45 radələrində onun vəziyyəti pisləşib və Tahirə Sumqayıt Perinatal Mərkəzinin Təcili və Təxirəsalınmaz yardım şöbəsinə yerləşdirilib.
Həkimlərin qərarı ilə hamiləlik qeysəriyyə əməliyyatı ilə sonlandırılıb. Əməliyyat nəticəsində 4 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlsə də, Tahirə Hüseynovanın vəziyyəti doğuşdan sonra qəflətən pisləşib.
Müayinələr nəticəsində gənc anaya doğuşa yaxın və ya doğuşdan sonra yaranan ürək əzələsi çatışmazlığı diaqnozu qoyulub.
Gənc ana daha sonra aprelin 27-də Bakı şəhərində yerləşən Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun övladının vəziyyəti isə stabil qiymətləndirilir.
Tahirə Hüseynovanın ölüm səbəbi ilə bağlı dəqiq nəticələr patoloji-anatomik müayinə və məhkəmə tibbi ekspertizası tərəfindən müəyyənləşdiriləcək.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib, erkən nikah və azyaşlı ana ilə bağlı araşdırmalar davam edir.
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










