Qəza səbəbindən bağlanan yol açıldı

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda qəzaya uğrayan yük avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırılıb, yolda hərəkət bərpa olunub.
Avtosfer.az xəbər verir ki, bu gün səhər saatlarında yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Bakı şəhər sakini Rəhimov Elşad Hökmulla oğlunun idarə etdiyi 99-ZD-308 dövlət qeydiyyat nişanlı yük maşını yolun hərəkət hissəsinə aşıb.
Qəza zamanı heç kim xəsarət almasa da avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib. Qəzaya uğrayan yük avtomobili yolun hərəkət hissəsini bağladığından təhlükəsizlik tədbirləri ilə əlaqədar Bakı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Sürücülər axşam saatlarınadək alternativ olaraq Siyəzən şəhərindən keçən yoldan istifadə ediblər.
Hadisə yerinə Dövlət Yol Polisi və digər müvafiq qurumların əməkdaşları cəlb olunublar.
Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra yolda avtomobillərin hərəkəti bərpa olunub.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












