“QHT işi” üzrə daha bir nəfər barəsində həbs qərarı çıxarılıb

“QHT işi” üzrə daha bir nəfər barəsində həbs qərarı çıxarılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, QHT təmsilçisi Aytac Ağazadə ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub. Təqdimata bu gün Binəqədi rayon Məhkəməsində baxılıb.
Məhkəmənin qərarına əsasən, hazırda ölkədə olmayan A. Ağazadə barəsində 4 aylıq qiyabi həbs qərarı verilib.
Məlumata görə, Aytac Elxan qızı Ağazadə ABŞ-ın Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində təxminən 85 min manat qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirməkdə ittiham olunur.
***
“QHT işi” üzrə daha bir nəfər cinayət məsuliyyətinə cəlb olunub.
QHT təmsilçisi Aytac Ağazadə ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub. Təqdimata bu gün baxılacaq.
Məlumata görə, Aytac Elxan qızı Ağazadə ABŞ-ın Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində təxminən 85 min manat qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirməkdə ittiham olunur.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bir neçə gün əvvəl isə cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
Binəqədi Rayon Məhkəməsi hər 3 şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Yardımlı–Deman yolunda təhlükəli vəziyyət: Hər an çökmə ola bilər - FOTO
Qayda pozan qadın piyada görün sürücünü necə günahkar çıxardı - VİDEO
Naxçıvanda avtomobil aşıb: Bir nəfər öldü - VİDEO
Gəncədə yük maşını yanıb kül oldu - FOTOLAR
Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO
Yatan sürücünü oyatmaq üçün polis, təcili yardım və yanğınsöndürənlər gəldi - VİDEO
Təmirə bağlanan yolda qəza; sürücü avtomobili betona çırpdı - VİDEO
Polis əməliyyat keçirdi - 153 nəfər saxlanıldı
Aydan "gətirdiyi" daşları satan saxta astronavt həbs edildi
Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı - VİDEO
Marşrut avtobusu ilə “Jek” işçisini vurub öldürdü










