Qısqandığı qadının üzünü dişlədi - Cəza verildi

İşlədiyi üçün qısqandığı qadının əlini və üzünü dişləyən kişiyə məhkəmə hökmü oxunub.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, hadisə Şirvan şəhərində baş verib.
1993-cü il təvəllüdlü Əbülfəz Məmmədov (soyad şərtidir) əvvəldən tanıdığı, Şirvan şəhərində yerləşən "001" kafesində çalışan Y.D.-nı döydüyü üçün saxlanılıb.
Məlumata görə, Əbülfəz qadının iş yerinə gələrək onunla mübahisəyə başlayıb və işdən çıxmasını tələb edib. Daha sonra onlar qadının yaşadığı evə yollanıblar. Mübahisə evdə də davam edib. Bu zaman Əbülfəz qadının sağ qolunu və sol yanağını dişləyib. Qadın ani reflekslə onu itələyib. Bundan qəzəblənən kişi qadının boynundan tutaraq boğmağa çalışıb, ardınca isə burnuna yumruqla zərbə endirib.
Zərərçəkmiş qadın baş verənlərlə bağlı polisə müraciət edib. Məhkəmə qərarına əsasən, Əbülfəz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilinib. O, istintaq dövründə həbsdə saxlandığı 2 gün çıxılmaqla, ümumilikdə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu müddət ərzində o, elektron qolbaqla nəzarət altında saxlanılacaq.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












