Qızının nişanlısını öldürdü; həbs edildi

Kürəkənini öldürməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub. Hökmə əsasən, Firdovsi Hüseynov 8 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Firdovsi Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Xatırladaq ki, hadisə 2026-cı il fevralın 17-dən 18-nə keçən gecə baş verib. Belə ki, Firdovsi Hüseynov qızının nişanlısı Rəşad Hüseynovun qızının ünvanına nalayiq sözlər dediyinə görə evdən bıçaq götürərək R.Hüseynovun yaşadığı evin həyətinə gedib.
Aralarında yaranan münaqişə zamanı F.Hüseynov bıçaqla R.Hüseynovun sinəsinə zərbə endirərək ona ağır bədən xəsarəti yetirib. Xəstəxanaya çatdırılan R.Hüseynov 40 gün sonra vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb. Firdovsi Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












