Qobustanda bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİ - YENİLƏNİB

Qobustan rayonunda dəm qazından zəhərlənən bir ailənin 4 üzvü evə buraxılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 20-də saat 08:50-də zəhərlənmə şübhəsi ilə 4 nəfər (2 kişi, 2 qadın) Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar./oxu.az
***
Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayon sakinləri - 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












