Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli təfərrüat: "Müdiri deyib ki..." - VİDEO

Qaradağ rayonu, Qobustan qəsəbəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki əməkdaşı su xəttində yaranmış problemi aradan qaldırmağa çalışarkən torpaq sürüşməsi baş verib.
Avtosfer.az BakuTV-yə istinadən xəbər verir ki, nəticədə hər iki şəxs torpaq altında qalıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən bir nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Digər şəxs isə hadisə yerində həyatını itirib.
Həlak olan şəxsin qardaşının sözlərinə görə, mərhum Qobustan Su İdarəsində çilingər-santexnik işləyib və əsas vəzifəsi su xətlərində yaranan nasazlıqları aradan qaldırmaq olub.
"Bu insanın işi deyildi, santexnik idi, su xəttini təmir edirdi. Kanalizasiya işlərinə heç bir aidiyyəti yox idi. Müdiri zəng edib deyib ki, gəlməsən, səni işdən çıxaracağam. İndi iş yerindən bir nəfər də gəlib soruşmayıb ki, bu insan öldü, qaldı?" - deyə o əlavə edib.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












