Qobustandakı magistral yol niyə çöküb? - Ekspert səbəbləri AÇIQLADI - FOTO

Ötən gün saat 16:00 radələrində M2—Bakı-Ələt–Qazax–Gürcüstan dövlət sərhədi magistral yolunun Qobustan qəsəbəsindən keçən hissəsində yerləşən körpüdə çökmə baş verib.
Hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, baş verən hadisə yolların yalnız tikintisinin deyil, onların istismarı, davamlı monitorinqi və vaxtında təmirinin də kritik əhəmiyyət daşıdığını bir daha göstərir.
Ekspertin sözlərinə görə, iqlim dəyişiklikləri, intensiv yük axını və uzunmüddətli istismar mühəndis qurğularına əlavə təzyiq yaradır:
.jpg)
“Yol təsərrüfatında təmir işləri əsasən üç mərhələyə bölünür. Adi təmir işləri yaz və payız aylarında aparılır. Yaz mövsümündə qışdan sonra yaranan çatlar aradan qaldırılır, payızda isə qışa hazırlıq məqsədilə profilaktik tədbirlər görülür. Burada əsas məqsəd suyun yolun alt təbəqələrinə nüfuz etməsinin qarşısını almaqdır.
Orta təmir işləri təxminən hər 6 ildən bir, II–III kateqoriyalı yollarda isə 4–5 ildən bir həyata keçirilir. Bu mərhələdə əsasən aşınmış asfalt-beton örtüyü yenilənir.
Əsaslı təmir isə gündəlik 7000-dən çox nəqliyyat vasitəsinin hərəkət etdiyi magistrallarda hər 14–16 ildən bir, II–III kateqoriyalı yollarda isə 11–13 ildən bir aparılmalıdır”.
Rauf Ağamirzəyev qeyd edib ki, aparılan tədqiqatlar ən dayanıqlı yol örtüyünün belə 4–5 il ərzində öz funksionallığını tədricən itirdiyini və yenilənməyə ehtiyac yarandığını göstərir.
Ekspert vurğulayıb ki, M2 magistralının Lökbatan dairəsindən Ələt qovşağınadək olan hissəsinin alternativinin demək olar ki, olmaması həmin yolun strateji əhəmiyyətini daha da artırır:
“Bu magistral ölkənin ən intensiv hərəkətli yollarından biridir. Yolun əsaslı təmiri isə sonuncu dəfə 2008-ci ildə həyata keçirilib. Bu baxımdan, infrastrukturun texniki vəziyyətinin davamlı qiymətləndirilməsi və vaxtında müdaxilə vacibdir”.
Ekspert əlavə edib ki, iqlim dəyişiklikləri fonunda ekstremal hava hadisələrinin artdığı bir dövrdə yol və körpü infrastrukturlarının dayanıqlığının təmin olunması artıq təkcə texniki məsələ deyil, həm də nəqliyyat təhlükəsizliyi və dayanıqlı logistika baxımından strateji əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












