Qondarma rejimin “qurumları”nın veb-saytları “.am” domeni ilə qeydiyyata alınırdı - David Babayan

Təqsirləndirilən şəxs – David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən deyib ki, vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistan Respublikasının “.am” domeni ilə qeydiyyata alınıb.
Avtosfer.az xəbər verir ki, o, həmin veb-saytların təhlükəsizliyinin təmin edilməsi ilə vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə yaşayan erməni sakinlərin məşğul olduqlarını, yəni, onların Ermənistan Respublikasına aid saytlara müdaxilə etmək hüququnun olduğunu bildirib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












