Qonşusunu döyən beş uşaq anasına elektron qolbaq tətbiq olundu

Şəmkirdə 5 uşaq anası qonşusunu döyüb.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Yuxarı Seyfəli kəndində baş verib.
Kənd sakini Nəhayət adlı qadın eşidib ki, qonşu qadın onun öz qaynı ilə münasibətdə olması barədə məlumatlar yayıb. Məsələni araşdırmaq üçün Nəhayət qonşuya gəlib İlahini çağırıb və "mənim haqqımda niyə belə məlumat yaymısan?" - deyə soruşub. İlahi həmin məlumatı yaydığını təsdiqləyib.
Həyətdə qadınlar arasında mübahisə başlayıb, Nəhayət əlindəki ağac parçası ilə İlahiyə baş nahiyəsindən zərbələr endirib. Qonşuların səyi nəticəsində dava sakitləşdirilib və hadisə yerinə polis əməkdaşları dəvət olunublar.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Nəhayət 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ona elektron qolbaq tətbiq edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












