Qubada sahibsiz it məktəbli və 2 qadına hücum edib

Bu gün saat 12:20 radələrində Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) üzün və kəllənin çoxsaylı dişlənmiş, cırılmış yaraları, 1970-ci il təvəllüdlü şəxsə (qadın cinsli) qarının, sol budun ön səthinin dişlənmiş, sıyrılmış yaraları, 1967-ci il təvəllüdlü şəxsə (qadın cinsli) isə sol saidin arxa səthinin sıyrılmış, dişlənmiş yarası diaqnozu təyin olunub. Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.
2018-ci il təvəllüdlü şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. 1967 və 1970-ci il təvəllüdlü şəxslər isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
***
Quba rayonunun ll Nügədi kəndi ərazisində sahibsiz it sakinlərə hücum edib.
Avtosfer.az xəbər verir ki, 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hücum edib. İt məktəblinin başına xəsarət yetirib. Azyaşlıya köməyə gələn 2 qadını da həmin it dişləyib.
Xəsarət alanlar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












