Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsi yaşayış evinə silahlı basqın etməkdə və polis əməkdaşına atəş açmaqda təqsirləndirilən Orxan Abdullayevin və Eldəniz Şükürovun cinayətini araşdırır. Bu iş hakim Səbuhi Hüseynovun icraatındadır. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə davam edib.
Orxan Abdullayev quldurluq məqsədilə evə silahlı basqın edib. İbtidai istintaqla müəyyən edilib ki, Orxan Abdullayev Binəqədi rayonundakı yaşayış evlərindən birinə silahlı basqın edib.
Orxan Abdullayev Yevlax sakinidir. Ötən il sentyabrın 9-da axşam saatlarında tanışı Eldəniz Şükürovla birlikdə digər tanışı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı evə gəlib. Onun gəlişindən və əlisilahlı olmasından xəbər tutan Rauf İsmayılov dərhal Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib, kömək istəyib. Çox keçməyib ki, ərazi üzrə polis şöbəsinin əməliyyatçıları ünvana gəliblər. Orxan Abdullayevdən könüllü təslim olmağı istəsələr də, sonuncu onlara tərəf atəş açmaqla silahlı müqavimət göstərib.
Özü hadisə yerindən qaçsa da, Eldəniz Şükürov zərərsizləşdirilərək həbs olunub. Araşdırma zamanı onun əvvəllər də müxtəlif cinayətlərə görə dəfələrlə məhkum edildiyi üzə çıxıb. Onun təqsirli bilindiyi cinayət hadisələrinin əsasən mülkiyyət əleyhinə qanunazid əməllər olması diqqəti çəkir. İlk dəfə 2003-cü ildə qabaqcadan əlbir olan bir qrup şəxslə törətdiyi soyğunçuluq cinayətlərinə görə azadlıqdan məhrum edilib. Həbsdən sonra cinayət əməllərini davam etdirən, əsasən külli miqdarda mülkiyyət cinayətlərinin təşkilatçısı və iştirakçısı olan Eldəniz Şükürov soyğunçuluq, quldurluq və oğurluq cinayətlərinə görə məhkəmə hökmləri ilə ayrı-ayrı vaxtlarda 20 ilə yaxın müddətdə azadlıqdan məhrum edilməklə, məhkumluq həyatı yaşayıb.
Daha sonra Orxan Abdullayevin də yeri müəyyən edilərək həbs olunub.
Bu iş üzrə istintaqı Binəqədi rayon Prokurorluğu həyata keçirib. Hadisə zamanı istifadə olunmuş "Makarov" markalı tapança və gilizlər maddi sübut olaraq işə əlavə edilib. Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Kivi daşıyan yük maşınından görün nələr çıxdı - FOTO - VİDEO
Seldə köməksiz qalmışdı - Vətəndaşlar xilas etdi - VİDEO
Bakıda DƏHŞƏT: övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR
Nəsimidə nəhəng ağac “BYD”nin üzərinə düşdü - VİDEO
Bakıda piyadanın təhlükəli manevri: 10 zolaqlı yolda ölümə meydan oxudu - VİDEO
Sumqayıtda TƏHLÜKƏ: Azyaşlıları təhdid edən şəxslə bağlı ARAŞDIRMALARA BAŞLANILDI - VİDEO - YENİLƏNİB
Bakıda ağac avtomobilin üstünə aşdı - FOTOLAR - YENİLƏNİB
Maşını zibil yeşiklərinin yanında saxlayan sürücünü belə cəzalandırdılar - VİDEO
Bakıda Hərbi Prokurorluğun yaxınlığında avtomobil yanır
Keşlədəki hadisəyə səbəb kollektorun üstündə tikilən ev imiş - Sökülməldir
Avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb










