Qum mədəni çökdü - 11 uşaq öldü

Nigeriyada qum mədəninin çökməsi nəticəsində 11 uşaq həyatını itirib.
Avtosfer.az yerli KİV-lərə istinadla xəbər verir ki, Nigeriya polisi hadisənin ölkənin şimalında yerləşən Kaduna vilayətində baş verdiyini bildirib.
Qeyd olunur ki, 4-9 yaş arasında olan bu uşaqlar qeyri-rəsmi dini mədrəsədə dərsdən sonra vaxtaşırı Kubau bölgəsində yerləşən Yardoka kəndi yaxınlığında palçıqdan kərpic hazırlamaq üçün qum çıxarırdılar.
Kaduna vilayəti polisinin sözçüsü Mənsur Həsən bildirib ki, 11 uşaq həyatını itirib, daha 7 uşaq isə yaralanıb və hazırda xəstəxanada müalicə alırlar.
O əlavə edib ki, polis kənddən olan könüllülərlə birlikdə qəzaya uğrayan mədəndən uşaqların cəsədlərini çıxarıb.
Vurğulanıb ki, uşaqların təhsildən yayınaraq mədəndə işlədilməsi və istismarı barədə araşdırma başlanıb.
Nigeriyanın, əsasən müsəlmanlar yaşayan şimal bölgələrində “Almajiri” adlanan qeyri-rəsmi Quran məktəbləri geniş yayılıb. Kasıb ailələrin uşaqları, adətən bu məktəblərə Quran öyrənmək üçün göndərilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












