Qurban Məmmədov və Tural Sadıqlının cinayət işi üzrə istintaq BAŞA ÇATDI

Xaricdə yaşayan bloggerlər Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevin ayrı-ayrılıqda barələrində aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində barələrində qiyabi icraat aparılan Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevə, onların müdafiəçilərinə cinayət işinin materialları ilə tanış olmaq üçün 2025-ci il avqustun 20-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradılacaq. Onlara izah edilir ki, istintaqa gəlmədiyi halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Bu halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür. Qeyd edək ki, Qurban Məmmədov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2, 214-2, 281.2 maddələri ilə, Tural Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1, 220.2, 281.2 və 320.1-ci maddələri ilə, Orxan Ağayev barəsində isə 220.2 və 281.2-ci maddələri cinayət işi açılıb, qiyabi olaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












