Restoran səs-küyə görə cərimələndi

Bakıda fəaliyyət göstərən məşhur "Dəstərxan" restoranı musiqi səsləndirilməsi zamanı normadan artıq səs-küy yaratdığı üçün cərimələnib.
Avtosfer.az-ın məlumatına görə, daxil olan şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən restoranda yoxlama aparılıb. Yoxlama zamanı səs-küy səviyyəsinin normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı restoran sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. Qeyd olunan maddəyə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi ilə bağlı normaların pozulmasına görə fiziki şəxslər 200-300 manat, vəzifəli şəxslər 2500-3500 manat, hüquqi şəxslər isə 8000-10000 manat məbləğində cərimə edilə bilər.
Məhkəmədə restoranın nümayəndəsi bildirib ki, həmin tarixdə müəssisədə normadan artıq səs-küy müşahidə olunmayıb. Onun sözlərinə görə, nazirlik əməkdaşları müəssisəni qəsdən cərimələyiblər. Bu səbəbdən inzibati xəta haqqında protokol üzrə icraatın xitam verilməsi xahiş olunub.
Məhkəmə isə nazirliyin təqdim etdiyi protokola əsaslanaraq "Dəstərxan" restoranının sahibi barəsində 8000 manat məbləğində inzibati cərimə tətbiq edib.
Qəbələdə maşın iki kişi piyadanı vurdu - VİDEO
Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - VİDEO
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO










