Restoranda dava saldı – Peşmanam dedi, 8 ay həbs edildi

Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən "Dan ulduzu" restoranında keçirilən toy məclisində dava salan şəxs hakim qarşısına çıxarılıb.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, xuliqanlıq hərəkətləri törətməkdə təqsirli bilinən 33 yaşlı Elnur hadisə zamanı sərxoş olub.
Elnur toy məclisində tanımadığı şəxsin onun 10 yaşlı uşağını itələdiyini görüb. Həmin şəxsi axtarmağa başlayıb. Tapa bilmədiyi üçün restoranda işləyən Asif adlı şəxsdən ona kamera görüntülərini göstərməsini istəyib. Asif bununla razılaşmayıb.
Qəzəblənən Elnur restoranda stulları və pəncərələrin şüşələrini yumruqla sındırıb. Onun istəyini yerinə yetirməyən Asifə isə yumruqla zərbə vurub.
Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayıblar. Zərərçəkmiş tərəf Elnuru bağışlayıb. Elnur isə əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə Elnur barəsində 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












