Restoranda müştərinin 3400 manatlıq telefonu oğurlandı - Aşpaz saxlanıldı

Bakıda yerləşən məşhur "Kuzu Kuzu" restoranında müştərinin telefonunu oğurlayan aşpaza hökm oxunub. Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, N.V. adlı qadın dörd rəfiqəsi ilə birgə qeyd olunan restorana gedib. Təxminən saat 21:00 radələrində restoranın birinci mərtəbəsində yerləşən qadınlar üçün nəzərdə tutulmuş sanitar qovşağına keçən N.V. dəyəri 3400 manat olan "iPhone 15 Pro Max" markalı telefonunu divardan asılmış göy rəngli salfet qabının üzərinə qoyub.
Sanitar qovşağı tərk edərək rəfiqələrinin yanına qayıdan qadın telefonu götürməyi unudub. Təxminən iki saat sonra telefonu sanitar qovşaqda unutduğunu xatırlayıb və geri qayıdıb. Lakin bu zaman telefonun oğurlandığını anlayıb və dərhal polisə müraciət edib.
Faktla bağlı aparılan araşdırmalar nəticəsində restoranın əməkdaşları Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə dəvət olunub. Əməliyyat tədbirləri nəticəsində məlum olub ki, telefonu 1992-ci il təvəllüdlü, son 7 ayda restoranda aşpaz işləyən S.X. adlı qadın oğurlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə S.X.-ya həbsdə saxlanıldığı 2 gün nəzərə alınmaqla, 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












