Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır

Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün saat 21 radələrində qeydə alınıb.
27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində O.Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib.
A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.
O.Hacıyev isə xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirən şəxs imiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir.
Fotoda: Orxan Hacıyev
.jpg)
Onu da əlavə edək ki, Orxan Hacıyev MMA üzrə məşqçidir.
Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda “Yeddi Gümbəz” qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atasının qarşı tərəfdən şikayətçi olmadığı bildirilib.
Məlumat üçün bildirək ki, 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyev barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi 122-ci (güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə) maddəsinə tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Bu hökmdən prokurorluq apelyasiya protesti və O.Hacıyev apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi işə baxaraq O. Hacıyevin əməlini 123.1-ci maddəyə (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) tövsif edərək onun 2 il cəza müddətini 1 il 6 aya salıb. İstintaq və məhkəmə dövründə O. Hacıyev bu cəzası çəkdiyindən məhkəmə zalından azadlığa buraxılıb.
Fotoda: Ruslan Surxayev

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












