Rüşvət alaraq tikintiyə şərait yaradan vəzifəli şəxs həbs edilib

Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində rüşvət müqabilində qanunsuz tikintiyə şərait yaratmaqda şübhəli bilinən vəzifəli şəxs həbs edilib.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən ərazidə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunması və müvafiq tikinti işlərinin aparılmasına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.
İstintaqla 2019-2020-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Əliyev Arzu Təvəkkül oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin qurumun balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən təkrarən külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Arzu Əliyev Cinayət Məcəlləsinin ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar və külli miqdarda rüşvət alma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Hazırda həmin cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir", - deyə məlumatda qeyd edilib.
Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI
Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib - Baş Prokurorluqdan təkzib
Bu küçələrdə piyadalar maşın yolunu səkiyə çevirib - ŞİKAYƏT - VİDEO
“Siz rayon ərazində vertolyotla gəzirsiz?” – Jurnalistdən İCRA BAŞÇISINA MESAJ - VİDEO
Bakıda yolda nəzarətsiz at görüntüləndi – Polis dərhal tədbir gördü - VİDEO
“Opel” çökmüş yola düşdü: Xaçmazda hadisə - VİDEO
İcra başçısı Adil Əliyevin köməkçisi öldü - FOTO
Orta yaşlı kişi hərəkətdə olan avtomobillərin qarşısına qəfil atıldı - VİDEO
“Qurban olum, bir övladım var, maşını saxla” – Uşağını nəzarətsiz qoyan valideyn - VİDEO
Bakıda kişi maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı










