Rüşvət görə 38 gömrük işçisi saxlanılıb

Türkiyənin Ədirnə vilayətində yerləşən Kapıkule sərhəd-keçid məntəqəsinin 38 gömrük mühafizə orqanı əməkdaşı rüşvət alması şübhəsi ilə saxlanılıb.
Avtosfer.az xəbər verir ki, sərhəd-keçid məntəqəsində işləyən bəzi gömrük əməkdaşlarının Türkiyəni tərk edən və Türkiyə ərazisinə daxil olan şəxslərdən rüşvət alması ilə bağlı şübhələr meydana gəldiyindən məntəqələrə gizli kameralar yerləşdirilib. Buna əsasən, əldə edilən sübutlarla 38 gömrük işçisinin ünvanında aparılan axtarış nəticəsində 14 min 600 dollar, 21 min 325 avro və 89 min 800 Türkiyə lirəsi ələ keçirilib.
Bundan əlavə, rüşvət verdiyi iddia edilən 350 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Qeyd edək ki, Türkiyə ilə Bolqarıstan arasındakı Kapıkule sərhəd-keçid məntəqəsi Türkiyənin ən əhəmiyyətli və işlək quru keçid məntəqələrindən biri olmaqla yanaşı, böyük tarixi əhəmiyyətə malikdir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












