Sabirabad sakini toyda içib əmisi oğlunun kafesini dağıtdı

Sabirabadda sərxoş kişi toydan çıxıb kafeyə hücum edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Həşimxanlı kəndində baş verib. Kənd sakini Faiq Hüseynov qohumunun toyunda spirtli içki qəbul edib sərxoş vəziyyətdə kənd ərazisində, əmisi oğluna məxsus kafeyə gəlib. O, kafedə əyləşərək əmisi nəvəsi Namil Hüseynovu çağırıb və ona çay süzməsini əmr edib. Namil çayniki onun qarşısına qoyaraq stəkana özünün süzməsini istəyib. Nəticədə qohumlar arasında mübahisə yaranıb, F.Hüseyov çayniki və stəkanı Namil Hüseynova tərəf tullayıb.
Müştərilər onu sakitləşdirib kafedən çıxarsa da, o, sonradan geri qayıdaraq kafedə olan bütün stəkanları, pivə bokalları və boşqabları qırıb. Bununla ürəyi soyumayan Faiq Hüseynov Namili baş zərbəsi ilə vuraraq ona xəsarət yetirib.
Məhkəmə istintaqı müddətində qohumlar barışıblar.
Məhkəmə tərəflərin barışdığını nəzərə alaraq F.Hüseynova 1000 manat cərimə cəzası təyin edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












