Sabirabadda ev yandı

Sabirabad rayonu ərazisində fərdi yaşayış evinin, mal-qara tövləsinin, həmçinin ot bağlamalarının yanması ilə nəticələnən yanğın hadisələri baş verib.
Avtosfer.az xəbər verir ki, fərdi yaşayış evinin yanması ilə nəticələnən hadisə axşam saatlarında Sabirabad rayonu Balakənd kəndində qeydə alınıb. Ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Digər yanğın hadisəsi isə rayonunun Cəngan kəndində qeydə alınıb. Baş verən yanğın qısa müddətdə güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı ümumi sahəsi 63 kvadratmetr olan tövlənin yanar konstruksiyaları, bitişik sahəsi 60 kvadratmetr olan talvarın yanar konstruksiyaları və altında yığılan 1 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












