Sabirabadda güclü yanğın: Ailənin 6 üzvü xəsarət aldı - FOTO

Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yanıq xəsarəti alıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Bala Həşimxanlı kəndində qeydə alınıb.
Məmmədovlar ailəsinə məxsus fərdi yaşayış evinin yanması nəticəsində 1991-ci il təvəllüdlü Həmidə Heydər qızı Məmmədli, 2012-ci il təvəllüdlü Yasəmən Xalid qızı Məmmədli (vəziyyəti ağırdır), 2013-cü il Nərmin Xalid qızı Məmmədova, 2015-ci il təvəllüdlü Nihad Xalid oğlu Məmmədov, 2022-ci il təvəllüdlü Riyad Xalid oğlu Məmmədov və 1987-ci il təvəllüdlü Xalid Ələddin oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Sabirabad rayonunun Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.
Qeyd edək ki, hadisə nəticəsində 160 kvadratmetrlik ev əşyaları ilə birlikdə yanıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














