Şadlıq sarayında DAVA: Xanımın şəkil çəkməsi qonağın …

Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Millenium” şadlıq sarayında keçirilən toy məclisində dava düşüb. Avtosfer.az “Musavat.com”a istinadən xəbər verir ki, toy məclisində iştirak edən 35 yaşlı Rəvan qonaqlardan Rasimə kəllə ilə vuraraq ona xəsarət yetirib.
Buna səbəb Rəvanın xanımının telefonunun toy zamanı itməsi olub. Rəvan telefonun Rasim tərəfindən oğurlanmasından şübhələnib və buna görə onu vurub.
Məlum olub ki, Rasim Rəvanın xanımının telefonunu masanın üzərindən götürüb. Rasimin sözlərinə görə, toyda Rəvanın xanımı telefonla şəkillər və video çəkib. Bu da onun xoşuna gəlməyib.
Onun sözlərinə əsasən, telefonu götürməkdə məqsədi həmin şəkilləri silmək olub. Lakin telefonda şifrə olduğu üçün şəkilləri silə bilməyib. Rasim telefonu öz qızına verib ki, sahibinə qaytarsın. Telefon Rəvanın xanımına çatdırılıb, lakin Rasimin hirsi soyumayıb. O, Rasimə yaxınlaşaraq kəllə ilə ona zərbə vurub.
Rəvana bu əməlinə görə xuliqanlıq və qəsdən sağlamlığa zərər vurma maddələri ilə ittiham irəli sürülüb. Rəvan əməlindən peşman olduğunu deyib. Rasim də onu bağışlayıb.
Məhkəmə Rəvana xuliqanlıq maddəsi ilə bəraət verib. Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












