Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü - Nazirlik helikopteri havaya qaldırdı - FOTO - YENİLƏNİB

Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında oktyabrın 11-də püskürmə qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsindən məlumat verilib.
Bildirilib ki, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.
İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.
Üçüncü faza püskürmə isə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib.
Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul (enerjinin həcmi) olub.
Vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.
***10:39
11 oktyabr 2025-ci il tarixində saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.
Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.
Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.
***
Sahil qəsəbəsi, sement zavoduna yaxın ərazidə vulkan püskürməsi qeydə alınıb. Hadisə yerindən yayılan görüntülərdə vulkan kraterindən qalxan alov aydın görünür.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, püskürmə nəticəsində xəsarət alan olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Hazırda mütəxəssislər vulkanın aktivlik səviyyəsini və ətrafa potensial təsirini qiymətləndirirlər.
Qeyd edək ki, Abşeron yarımadası palçıq vulkanlarının çoxluğu ilə tanınır və bu kimi püskürmələr ərazidə vaxtaşırı baş verir. Mütəxəssislərin fikrincə, bu hadisə bölgənin təbii geoloji proseslərinin davamı kimi qiymətləndirilir.
Heydər Əliyev prospektində maşın yandı; FHN və polis iş başında - FOTO
Əlverişsiz hava şəraitində yolda təhlükənin qarşısı alındı - VİDEO
Xeyriyyə fonduna pul köçürməkdən imtina edən şəxsin bahalı maşını yandırıldı - FOTO
Bakıda təhlükə saçan piyadaya sürücü sərt reaksiya verdi - VİDEO
Bulvar ərazisi yenə satılır: Ağacları kəsib obyektə çevirirlər - VİDEO
Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı - VİDEO - YENİLƏNİB
Zığdakı zavodun Xəzəri çirkləndiyi iddia edildi; qurum hərəkətə keçdi - RƏSMİ - VİDEO - YENİLƏNİB
“Yango” 100 milyon cərimələndi – RUSİYAYA MƏLUMAT ÖTÜRÜR
Prospektdə təhlükə: Gənc oğlan maşınların arasından qaçaraq yolu keçdi - VİDEO
Lökbatandakı yanğına 2 helikopter cəlb olundu - FOTO - VİDEO - YENİLƏNİB
Bakıda yanan anbar məşhur şirkətin imiş - FOTOLAR












