Şahin Şıxlinski təkadamlıq kameraya salınıb

Rusiyanın Sverdlovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskva tərəfindən qiyabi şəkildə həbs edildikdən sonra Yekaterinburqa gətirilib və istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Ura.ru istintaqa yaxın iki mənbəyə istinadən xəbər yayıb.
Sverdlovsk vilayətinin Cəzaçəkmə Müəssisələri üzrə Baş İdarəsinin (QUFSİN) Mətbuat Xidməti məsələ ilə bağlı rəsmi mövqe bildirməkdən imtina edib:
"Xüsusi kontingentin yerləşdiyi yer, qanunvericiliyə əsasən, açıqlanmır və şərh olunmur", - deyə idarədən bildirilib.
Xatırladaq ki, daha əvvəl Moskvanın Basmannı məhkəməsi Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı çıxarmışdı. Bu qərar onun axtarışa verilməsindən sonra qəbul olunmuşdu. Şıxlinski bir müddət Moskvadakı Azərbaycan səfirliyinin ərazisində olub. Həmin əraziyə Rusiya hüquq-mühafizə orqanlarının girişi qadağandır. Diplomatik danışıqlardan sonra o, səfirlikdən çıxaraq könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub və Yekaterinburqa aparılıb. Orada istintaq hərəkətlərində iştirak edib və təcridxanaya yerləşdirilib. İlkin məlumata görə, Şahin Şıxlinski Ural azərbaycanlılarının diaspor rəhbəri kimi, 2010-cu ildə Fehruz Şirinova qarşı sui-qəsdə cəhd və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamları ilə üzləşib. Onun vəkili açıqlamasında bildirib ki, Şıxlinski özünü təqsirli bilmir və həbs qərarından apellyasiya şikayəti verəcək. Basmannı məhkəməsi isə nə redaksiyanın zənglərinə, nə də sorğusuna cavab verib. Sui-qəsd cəhdi 2010-cu ildə - Yunus Paşayevin qətlə yetirilməsindən bir neçə il sonra baş verib. Hadisə zamanı cinayətkarın silahı ilişdiyi üçün Fehruz Şirinov sağ qalıb. İstintaqın versiyasına görə, icraçı azərbaycanlı Elman Süleymanov olub. O, artıq təbii səbəblərdən vəfat edib. Lakin ölümündən əvvəl sifarişçinin adını açıqladığı iddia olunur. Bundan əvvəl Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski də Yekaterinburqda həbs edilmişdi. O, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur və iki ay müddətinə həbs olunub. İttihama səbəb iyulun 1-də "Bakı Plaza" yaxınlığında baş verən insident olub. Həmin vaxt hüquq-mühafizə orqanları Şahin Şıxlinskini həbs etmək üçün əməliyyat keçirib. Atası ilə birlikdə avtomobildə olan Mütvəli idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobillə geri hərəkət edərək xüsusi təyinatlı polis əməkdaşını vurub.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












