"Şahmat taxtası qatili" üstü açılmamış daha 11 qətl haqqında danışmağa hazırdır

"Şahmat taxtası qatili", “Bitsevski manyakı” kimi tanınan rusiyalı qatil Aleksandr Piçuşkin ömürlük məhkumlar üçün koloniyada 17 il keçirdikdən sonra üstü açılmamış daha 11 qətl haqqında ifadə verməyə hazır olduğunu bildirib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Cəzaların İcrası Federal Xidmətinin mətbuat bürosu məlumat yayıb.
"A.Piçuşkin Moskvanın Şimali Butovo rayonunda 11 qətl törətməsi barədə etiraf ifadələri verməyə hazır olduğunu bildirib", - məlumatda qeyd edilib.
50 yaşlı Aleksandr Piçuşkin 2008-ci ildən ömürlük məhkumlar üçün xüsusi rejimli koloniyada cəza çəkir. O, 2006-cı ilin yayında Bitsevski parkı ərazisində qətllər törədən manyakın təxminən bir il davam edən axtarışlarından sonra saxlanılıb.
Moskva şəhər məhkəməsi 2007-ci il oktyabrın 29-da A.Piçuşkini 48 qətldə və üç qətl cəhdində təqsirli bilib. O, əsasən kişilərə hücum edirmiş. Lakin qurbanları arasında üç qadın da olub. A.Piçuşkin qətlləri 1992-ci ildə və 2001-2006-cı illərdə törədib. O bildirib ki, 60 nəfəri öldürüb və ümumilikdə 64 qətl törətmək niyyətində olub. Çünki şahmat taxtasında 64 kvadrat var. Etiraf edib ki, öldürdüyü hər bir insan üçün şahmat taxtasının bir xanasına xətt çəkirmiş.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












