Şantajla pul tələb etməkdə təqsirləndirilən qadına hökm oxundu

Hacıqabulda tanışını şantaja məruz qoyaraq pul tələb etməkdə təqsirləndirilən Bikə Vəliyevanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, müttəhim Vəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə təqsirləndirilən şəxsin azyaşlı övladının olmasını nəzərə alaraq, Cinayət Məcəlləsinin 79.1-ci (Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə salınması) maddəsini tətbiq edib, cəzanın 2030-cu ilədək təxirə salınması barədə qərar verilib.
Qeyd edək ki, hadisə Hacıqabul rayonunda baş verib. Təqsirləndirilən Bikə Vəliyeva tanışını görüntülərlə şantaj etməkdə, hədə-qorxu gələrək pul tələb etməkdə ittiham edilib. Ona Cinayət Məcəlləsinin 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham elan olunub.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












