Şəhid ailəsinə qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

Astarada şəhid ailəsi dələduzluğa məruz qalıb. Avtosfer.az xəbər verir ki, Siyakü kənd sakini A. övladının xüsusi məktəbdə təhsil almasını istəyib. Əvvəldən tanıdığı Əmrah Abuşov adlı şəxs ona bu işdə yardım edəcəyini bildirib və əlavə edib ki, bunun üçün 5000 manat pul lazımdır. Zərərçəkmiş məsələ barədə ailə üzvləri ilə məsləhətləşib. Əmrah Abuşov bütün ailə tərəfindən tanındığına görə deyilən məbləği nəğd şəkildə ona veriblər. O, bundan sonra sənədləşmə işləri üçün şəhid ailəsindən müxtəlif məbləğlərdə pul istəyib. Ümumilikdə Əmrah Abuşova 10 000 manat pul verilib. Verilən vəd yerinə yetirilmədiyinə görə, şəhid ailəsi Astara Rayon Prokurorluğuna müraciət edib. Əmrah Abuşov saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
İşin məhkəmə istintaqı Astara Rayon Məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə aparılıb. Məhkəmə zamanı Əmrah Abuşov özünü təqsirli bilmədiyini deyib. Müttəhim qeyd edib ki, şəhid ailəsindən sadəcə borc pul alıb və heç bir vəd verməyib. Həmçinin bəlli olub ki, Əmrah Abuşov dəymiş zərədən 7600 manatı ödəyib. Yerdə qalan 2400 manatın ödənilməsi ilə bağlı da qarşı tərəflə razılaşıb. O, məhkəmədən bütün bunları nəzərə almağı xahiş edib. Hakim İlqar Məmmədovun çıxardığı hökm əsasında Əmrah Abuşova 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həbsdə saxlanıldığı 4 ay ona verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 10 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb (Qaynarinfo).
Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO
“Hyundai”da oturacaq 2 yaşlı uşağın ölümünə səbəb oldu; minlərlə avtomobil geri çağrıldı - VİDEO
Polis Bakıda əməliyyat keçirdi; saxlanılan var - VİDEO
Arvadını, qayınanasını və özünü… - Bakıda dəhşət
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
Qohumların mübahisəsi silahlı DAVAYA ÇEVRİLDİ – 4 nəfər xəsarət aldı
“Lənkəran” sərhəd dəstəsi ƏMƏLİYYAT KEÇİRDİ: 11 kq-dan çox marixuanana ələ keçirildi
Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürdü
Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB - FOTO
Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi - Həbs olundu
Yumurta boyda dolu yağdı; avtomobillərə ziyan dəydi - VİDEO










