Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə QƏRAR

Səhiyyə naziri Teymur Musayevin vətəndaş tərəfindən məhkəməyə verildiyi iş üzrə qərar açıqlanıb.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, 16 may tarixində səhiyyə nazirinin də iştirak etdiyi Milli Məclisin plenar iclasında deputat Səyyad Salahlı (Aran) plastik cərrahlarla bağlı çıxışı zamanı qəbuluna düşən və plastik cərrahın səhlənkarlığı səbəbindən həyatını itirən Səbirə Vəliyevanın ailəsinin müraciətini dilə gətirib. Bundan sonra nazir Teymur Musayev məsələ ilə bağlı açıqlama verərək həmin ailənin onun da qəbulunda olduğunu və S.Vəliyevanın mətbəxdə əməliyyat edildiyini bildirib.
Bundan sonra Səbirə Vəliyevanın ailəsi səhiyyə naziri Teymur Musayevin qızının şərəf və ləyaqətini alçaltdığını bildirərək, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.
Şikayət onunla əsaslandırılıb ki, səhiyyə naziri həmin plenar iclasda Səbirə Vəliyeva haqqında həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli fikirlər səsləndirib. Şikayətçilər məhkəmədən nazirin Milli Məclisin iclasında və ya ona bərabər tutulan tədbirdə təkzib verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
S.Vəliyevanın yaxınları məhkəməyə bildiriblər ki, T. Musayevin yalan olduğunu bilə-bilə mərhum qızı barəsində dedikləri onun ruhuna təhqir və böhtan sayılır. Yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə deyib, qızının, onun, habelə ailəsinin şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaldıb və qəsdən böhtan atıb.
Məhkəmə isə şikayətin heç bir əsası olmadığı qərarını verib. Bildirilib ki, 16 may 2025-ci il tarixdə Milli Məclisin plenar iclasında nazirin çıxışına diqqət yetirdikdə müəyyən olunur ki, həmin sözlər xüsusi ittihamçının nəinki ziyanına, hətta xeyrinə deyilmiş sözlərdir.
İş materiallarına əsasən Ülviyyə İlyasova Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında xüsusi biliyi və təhsili olmadan qohumu Səbirə Vəliyeva üzərində liposaksiya-piysovurma manipulyasiya və prosedurlarını icra etdikdən sonra sonuncunu özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı döngə “Şərq” yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinə gətirdiyi və S.Vəliyevanın səhhətinin orada ağırlaşaraq vəfat etdiyi müəyyən edilib.

Baş İdarə əməliyyat keçirdi – Həbs olunanlar var - FOTO
Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və ... - ADLAR
Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: şirkət, evlər, maşınlar
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib










