Şəkidə qıza görə iki dost bıçaqlandı

Şəkidə iki nəfər gənc oğlan bıçaqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Ana Abidəsi" memarlıq kompleksinin qarşısında baş verib. Şəhər sakini Ayxan Ağayev (soyadı şərtidir) tanışları Sabir və Ziya adlı şəxsləri bıçaqlayıb.
Yaralılar xəstəxanaya çatdırılıblar və faktla bağlı cinayət işi başlanıb.
Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan edilib və A.Ağayev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə cəzanı şərti hesab edib.
İttihama görə, hadisə qıza görə baş verib. Belə ki, A.Ağayev məlumat alıb ki, əvvəllər sevgili olduğu Günel adlı xanımla Sabir sevgi münasibətləri yaşayır. O bu barədə Sabirə xəbərdarlıq edib və qızdan ayrılmasını istəyib. Daha sonra Ayxan parkda Sabir və onun dostu Ziya ilə görüşüb. Görüş zamanı tərəflər arasında mübahisə yaranıb, dostlar Ayxanı döyüblər. Ayxan isə üzərində gəzdirdiyi bıçaqla hər iki şəxsi bıçaqlayıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












