Sərnişin yeməyə görə dava saldı, təyyarə hava limanına geri qayıtdı

ABŞ-nin Nyu-York şəhərində Con F.Kennedi hava limanından Milana uçan "American Airlines" aviaşirkətinə məxsus təyyarədə qalmaqal baş verib.
Sərnişinlərdən biri yemək səbəbindən dava salıb və təyyarə uçuş etdiyi hava limanına qayıtmaq məcburiyyətində qalıb.
Avtosfer.az xəbər verir ki , bu barədə "New York Post" nəşri məlumat verib.
Məlumata görə, hadisə Atlantik Okeanı üzərində, təyyarə artıq bir neçə saat havada olduğu zaman baş verib.
Bildirilib ki, 40 yaşlı kişi sərnişinin qeyri-adekvat davranışına səbəb menyuda arzuladığı yeməyin olmaması olub. Narazı sərnişin stüardessaların üzərinə qışqırıb və körpə uşaqla təcili çıxış qapısının yanında otura bilməyəcəyini deyib. O, daha sonra stüardessalara hücum çəkib və pilotların kabinəsinə soxulmağa çalışıb, bununla da vəziyyət son həddə çatıb.
Göyərtəsində təxminən 300 sərnişinin olduğu təyyarədə aqressiv kişini sakitləşdirmək üçün heç bir aviasiya marşalı olmayıb. Özlərini itirən uçuş bələdçiləri kömək üçün sərnişinlərə müraciət ediblər, aralarında polis və ya hərbçilərin olub-olmadığını soruşublar.
Pilot vəziyyətin ciddiliyini nəzərə alaraq təyyarəni uçuş etdiyi hava limanına qaytarmaq qərarına gəlib. Yerli vaxtla saat 3:30-da məcburi eniş edilib. Sərnişinlər gecəni hava limanında keçirməli olublar və ertəsi gün səhər saat 11-də Milana uça biliblər.
ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) artıq hadisə ilə bağlı araşdırmalara başlayıb.(oxu.az)
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












