Sevgilisinə zəng edən arvadına 2 il əzab verdi - Bu qədər həbs aldı

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 42 yaşlı Mahir Məmmədovun (ad-soyadlar şərtidir) məhkəməsi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Bildirilib ki, dini təriqətlərin birinə mənsub olan Mahirlə həyat yoldaşı Gülsüm arasında bir müddət əvvəl münasibətlər pisləşib. Buna səbəb Mahirin başqa qadınla qeyri-rəsmi münasibətdə olması olub. Belə ki, həyat yoldaşına birgə Suriyaya getməyi təklif edən kişinin istəyi arvadı tərəfindən qəbul edilməyib. Bundan sonra o, başqa qadınla münasibət qurub və həmin şəxslə birgə Suriya sərhədini keçməyi planlaşdırıb. Ərinin telefonunda başqası ilə münasibətini əks etdirən yazışmaları tapan Gülsüm ona etirazını bildirib. Belə ki, o, ərinin sevgilisinə zəng edib. Bundan sonra ailədə münasibətlər daha da kəskinləşib.
Bundan sonra 2 ilə yaxın müddətdə Mahir mütəmadi olaraq arvadını döyüb, başı ilə ona zərbələr endirərək xəsarətlər yetirib, eləcə də döşəmədə sürüyüb.
Məhkəmə M. Məmmədovu Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə təqsirli bilib və 1 il həbs cəzası verib.(qafqazinfo)
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












