Şirkət rəhbəri özünü komitə işçisi kimi təqdim edib - İş adamları zərərçəkmişdir

64 yaşlı şəxs bu dəfə 85 minlik dələduzluğa görə hakim qarşısına çıxarılıb. O, daha əvvəl də külli miqrdara dələduzluqda ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu zaman daha bir cinayət əməli üzə çıxıb.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, 64 yaşlı Şahlar Allahverdiyev "Art Dizayn" MMC-nin direktoru olub. Allahverdiyev özünü Əmlak Məsələləri Dövlət Xidmətinin üzvü kimi təqdim edib. İş adamlarından obyekt tikintiləri üçün lazmı sənədləri hazırlamaq, rəsmi qurumlardan icazə almaq adı ilə külli miqdarda pul alıb.
2024-cü ildə onun barəsində 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin işdə ümumi zərər 300 min manata yaxın olub. O, bəzi zərrəçəkmişlərlə barışsa da digərlərinin pulunu ödəməyib.
Allahverdiyev həbsdə olan zaman ondan daha bir iş adamı şikayətçi olub. Bu dəfə Elşad adlı iş adamına qarşı 85 min manatlıq dələduzluq edib. Belə ki, yanacaq doldurma məntəqələri olan Elşad adlı iş adamı Astarada yeni yanacaq doldurma məntəqəsi tikmək istəyib. Buna görə yol kənarında olan torpaq sahəsinin təyinatının dəyişdirilməsi və layihənin hazırlanması üçün Allahverdiyevə hissə-hissə olmaqla 85 min manat pul verib.
Alahverdiyev deyib ki, aldığı pulun 65 min manata yaxınını layihə üçün xərcləyib. O, iş alınmadığı üçün Elşadın ondan şikayət etdiyini deyib.
Zərərçəkmiş şəxs pulunu ala bilmədiyi üçün Allahverdiyevdən şikayətçi olduğunu, ona ağır cəza verilməsini istəyib.
Məhkəmənin hökmü ilə Allahverdiyev 6 il azadlıqdan məhrum edilib. Onun indiki cəzası əvvəlki 6 illik həbs cəzası ilə birləşdirilib və ümumi olaraq 8 il azadlıqdan məhrum edilib.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












