Şöbə müdiri, restoran və şirkət rəhbərini şantaj edibmiş - 8 il həbs cəzası verildi

“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, istintaq materiallarında Habil Vəliyevin kimləri şantaj etdiyi qeyd edilib.
H.Vəliyevin əməlindən zərər çəkənlərdən biri Şirvan şəhər Mərkəzi Xəstəxanasının şöbə müdiridir.
Onu rəhbərlik etdiyi şöbədə guya qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinin həyata keçirilməsi, o cümlədən, tibb sahəsində fəaliyyət göstərən ailə üzvlərinin fəaliyyətlərində qanunsuzluqlara yol vermələri adı ilə şantaj edib. 10 min manat verməyəcəyi halda qeyd etdiyi məlumatları rəhbərlik etdiyi saytda dərc edəcəyini deyib. Sonrakı illərdə eyni şəxsdən iki dəfə hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri, sonuncu dəfə şöbə müdirindən 300 manat pul alıb.
Bundan başqa H.Vəliyev 2021-ci ildə Bakı şəhərinin Babək prospektində yerləşən “Qızıl Bağ”restoranının sahibini şantaj edib. Onu restoranda apardığı çəkilişi saytında yayımlayacağı və obyektdə karantin qaydalarına əməl edilmədiyini təqdim edəcəyi ilə hədələyərək 200 manat pul alıb.
Zərərçəkmişlərdən digəri isə “Qartal” tikinti şirkətinin rəhbəri olub. H.Vəliyev onun barəsində rüsvayedici məlumatları yayacağını deyərək, hədə-qorxu yolu ilə 5 min manat tələb edib.
Sayt rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı ittiham irəli sürülərək, həbs edilib.
Verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil Vəliyev hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu, təkrar məhkumluğu olduğu üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












